Yatanda gözəl
2013/12/18 at 12:46 am
No comments
(Ən qısa hekayə)
Hamını bezdirib, gün uzunu altında oturduğu çinarda yuva qurmuş sərçəni də. Görən kimi uşaq-böyük səsini kəsir, sərçə də. Adam nə qədər danışar, qapı-pəncərəsi bağlı qonum-qonşunu nə qədər söyər, Allah!
Yoxdu. Hamı rahatdı, sərçə də. Yatıb deyəsən. Amma çox çəkmir ki, dəmir qapısı cırıltı ilə açılır. 150 kiloluq əndamını zorla sürüyüb çinarın altına çatdırır. Hələ yuxuludu, balışın üzünə saldığı qırışlar açılmayıb. Sən yatanda nə gözəl olurmuşsan, qadın! Sən yatanda hər şey gözəl olurmuş!
Aran Eyvaz