Mühacir xofu
İnsanlar nə üçün mühacirət edir? Min səbəb ola bilər. Siyasi baxışlara görə təqib, dolanışıq problemi, elmi dərəcəni artırmaq istəyi və s. insanı vətənini, ev-eşiyini, əzizlərinin qəbrini qoyub qürbətə, aqibəti naməlum bir yola sövq edə bilər.
Başqaları ilə işim yox, mən Azərbaycanı tərk etdim ki, həm İslam ənənələri ilə yaşayan cəmiyyətdə ruhumun istəklərinə cavab alım, həm də Allah adamına vətən xaini münasibətindən xilas olum. Mən yazı-pozu adamıyam, aram mühitə ehtiyacım var. Azərbaycanda belə bir şəraitim olmadı. Mənim mühacirətimlə bağlı başqa səbəb göstərənlər ya düşməndir, ya da nadan. Olanı özüm dedim.
Əsas məsələ: nə üçün mühacirə etimad, inam yoxdur? – nə öz vətənində, nə köç apardığı qürbətdə! Mühacir həm vətənində, həm köçdüyü ölkədə təhlükəsizlik orqanlarının qara siyahısındadır. Bolşevik inqilabının cəfəng şüarlarına fanat inancla keçmiş Sovetlər Birliyinə üz tutan immiqrantlar bunu gözəl anlayır. Onlar kommunist ideyalarına ən sədaqətli insanlar olduqları zaman Kremlin polad dəyənəyi altda yaşamağa məcbur idilər. Onlara heç vaxt inanan olmadı.
Bu yazı bir ağrıdan yaranıb. Neçə il mühacirətdən sonra bir vətən oğlu səni axtarır. Görüş yerinə tələsirsən. Amma… Telefonda həmvətənin titrək səsi eşidilir: “Ehtiyat baxımından görüşməsək məsləhətdir…” Sonrası yadımda deyil. Əmin oldum ki, mühacir hara getsə ondan qorxurlar. Bilən yoxdu ki, keçmişi nədir, mühacirətdə niyəti xeyirdir ya yox. Amma dost, qardaş, mömin silahdaş yaxşı bilir ki, sən nə terrorçusan, nə də “ictimai təhlükəli element”. Amma yenə də qorxur. Mühacirdən qardaşı da qorxur. Mühacirdən həm yurdunun, həm köçdüyü ölkənin təhlükəsizlik orqanları qorxur. Mühacirin dərdini, ağrısını başa düşən varsa, yalnız bu mühacirətə qərar vermiş Allahdır. Allah təkdir və tənhalıq yaşayanların arxasıdır, İnşaAllah!
Maksim D. Şreyerin “Waiting for America: A Story of Emigration” kitabında Amerikaya mühacirətdən yazılır. Gənc emiqrant Şreyer amerikaya viza gözlədiyi bir neçə həftə ərzində Avstriya və İtaliyada qalır. Şreyer Qorbaçovun vaxtında mühacirət edib. Hələ Pompeydə olduqları zaman Şreyer və anasının bütün pul və sənədləri oğurlanır. Bu ümidsiıliklər içində Şreyer xatirələrində bu dövrü “Cənnətə sürgün” adlanır. Sənədsiz və pulsuz Şreyer özünü azad hiss edir. Çünki onu Amerikada yəhudi lobbisi gözləyir. Tək-tək yəhudiyə sevgi payı rezerv etmiş bir lobbi. Bu lobbi mühacirlərə dünyadan sorduğu qanı içirir.
Nə dəxli vardı Şreyerin başına gələnlərin? Dünyada mühacir xalq kimi tanınmış yəhudlər təkcə cəhənnəmdən qaçmır. Onlar qarşıda yollarını gözləyən cənnətlə nəfəs alır. Bizlərsə – bilmirəm müsəlmanlar, türklər ya azərilər deyim – hamıdan çox bir-birimizdən qorxuruq. Mühacirətdə olan azərbaycanlının milli mətbuatda bir şeirinin çap olunması hadisədir. Çünki qardaşın da səndən qorxur. Çünki sən mühacirsən… (ardı var, amma yazılası deyil)
Aran Eyvaz