Bir xalqın heykəlində

Polad varsa, duruş var.

Heykələ daş atılsa,

Poladacan vuruş var.

Polad necə bərkiyir?

Polad necə bərkidir?

Suallar illərkidir –

İdraka çağırış var.

Dünya şeytan, dünya şər,

Poladı əridərlər,

Yurdu qoruyan əsgər,

Polad varsa, barış var.

1damla_org