Tarixçilər imperator Pyotrun hansı məqsədlə Avropaya pəncərə açması barədə hələ də mübahisə edir. Bəziləri iddia edir ki, çar Rusiyanı dünya siyasəti meydanına çıxardı, ölkənin Baltikə çıxışını təmin etdi. Başqaları bildirir ki, “maarifçi Avropadan” gələn təkcə ədəbsiz kübar moda – qısa şalvar, corab, tufli, dekolte don, krinolinli tuman olmadı, həm də xəyanət, homoseksualizm oldu.

Rusiyada moda əsrlər boyu dəyişməyib və bu iqlimlə bağlı olub.  Ruslar əslində sağlamlığı qorumaq üçün uzun, azad, isti geyim, uzun çəkmə geyinirdi. Xaricilərsə bunu “aziat geyimi” adlandırıb dodaq büzürdü.

Avropa geyim modası Rusiyaya tədricən ayaq açıb. Tarixçi Stepan Mixayloviç Şamin “17-ci əsrin son rübündə Rusiyada moda” məqaləsində yazır ki, çarın qardaşı Nikita İvanoviç Romanov fransız və polşa  geyimlərinin həvəskarı idi. Çarın uşaqlarına şənliklərdə  alman geyimi geyindirirdilər. Aleksey Mixayloviçin (Romanovlardan 2-ci çar) zamanında feryaz (ərəbcə FƏRƏQƏ sözündəndir) adlı əba – plaş dəbdə idi. Bu geyimin qadınlar üçün olan növü ferezeya adlanırdı. Feryazın qabağı açıq olduğundan bəziləri onu kənara verməklə qısa koftalarını, bədən quruluşlarını nümayiş etdirirdi. Çar xüsusi fərmanla belə libasları, xarici geyimləri qadağan etdi.

Qadınların geyimi ənənəvi idi, kişinin diqqətini cəzb edəcək bütün cazibədarlıqları örtürdü. Xristinalıq baxımından rus qadınının geyimi ideal idi.

1689-cu ildə Moskvada olan fransız diplomat Fya de la Nevill yazırdı ki, ruslar bahalı xəzi olan holland yun parçasından libaslar geyinir, qadın geyimləri  mirvari ilə bəzənir. Yayda rusların Çin və İran (Pers) ipəyindən libaslar  geyindiyi qeyd edilirdi. Holland Yan Yansen Streys yazırdı ki, qadınların da aksessuarları kişilərinki kimidir. Kurlandiyalı (Latviya) Yakov Reytenfels rusları tənqid edirdi ki, geyimdə özlərini asiyalılara bənzədirlər.  Avropalılar rus qadınlarının ifrat kosmetika ilə öz gözəlliklərini korladığını düşünürdü…

Böyük Pyotrun islahatları isə Rusiyanın ciddiliyini alt-üst etdi. Gənc Pyotr ilk dəfə avropa geyiminə üz tutdu, əsgərlərə alman mundiri geyindirdi. 1697-1698-ci illdərdə Hollandiyadan İngiltərəyə qədər səfərdə olan Pyotr rus geyiminin ənənəviliyindən imtina etməyə qərar verdi. 1698-ci il 29 avqustda Rusiyaya qayıdan Pyotr alman geyimi geymək, saqqal və bığın qırxılması barədə fərman verdi. 1-ci Pyotr saqqallıları kübar keçi adlandırır, uzun geyimin ləğvi üçün əlindən gələni edirdi. Pyotrun nəzərincə, uzun geyim gerilik əlaməti idi. İslahatlar əvvəlcə kənd əhalisinə aid deyildi, 350 minlik  (3,2%) şəhər əhalisini əhatə edirdi. Amma Pyotr tədricən bütün Rusiyanı dəyişmək qərarına gəldi. Kulturoloq İrina İqoryevna Klimovitckaya öz məqaləsində (Вестиментарная реформа Петра Первого) yazır ki, Pyotr əhaliyə şənliklərdə alman, bayramlarda fransız libası geyinməyi əmr etdi. Qadınların alman libası geyməsi qəti idi. Rus aksessuarları hazırlamaq və taxmaq qadağan edilmişdi. Moskvada  Ağ şəhəri əhatə edən divarın qapılarında xarici geyimli manikenlər qoyulmuşdu.

Xalq şokda idi: qısa şalvar geymək, saqqalı-bığı qırxmaq – bu insanları dəhşətə gətirirdi. Qadınların çiyinləri açıq don geyinməsi isə əxlaqsızlıq kimi dəyərləndirilirdi.

1705-ci ildə Həştərxanda qiyam qaldırıldı. Çar antixrist – Dəccal, din düşməni elan olundu. Əhali rus geyimində kilsəyə buraxılmırdı, avropa geyimində kilsəyə daxil olmaq isə düzgün sayılmırdı. Pyotr 365 qiyamçını paytaxta gətirib edam etdi. 1708-ci ildə çara məlumat verildi ki, əyanlar yalnız onun yanında avropa libası geyinir!!

Pyotr avropadan kişi və qadın dərzilər gətirib onlara biznes imkanları yaratdı. Çar düşünürdü ki, geyimi dəyişməklə Rusiyanı avropaya qata biləcək. Amma avropalılar Pyotra axmaq, ruslara yuxarıdan aşağı baxmaqda davam edirdilər. Pyotr isə zorakılığını gücləndirirdi. Rus qadınlarına zorla dekolte – boyun, sinə və belin açıq olduğu avropa donu geyindirilirdi. Tarixçilər Böyük Pyotrun rus qadınını soyundurmasının acı nəticələrindən yazır. İsti geyimə adət etmiş rus qadınlarının məhz Pyotrun islahatlarından sonra sonsuzluq yaşadığı, uşaq doğa bilmədiyi iddia edilir.

“Зачем Петр Великий оголил русских женщин”

Mayya Novik

Dilimizə çevirdi: Aran Eyvaz

SizinYol