Eşitmişdik, oxumuşduq

gözə görünməz qoşun var.

Nəvə şəkk edəndə baba

deyərdi sus, nə yaşın var!

Nə bilirsən vəba nədi,

nə bilirsən taun nədi!

Bəlalar var yolun üstə,

yaddan çıxar adın nədi!

Axır çıxdı yolumuza,

axır girdi qolumuza,

Maska taxdıq, dərman səpdik

sağımıza, solumuza.

Qapıları döyə-döyə

ölüm gəzir söyə-söyə.

Demə bu boyda dünyada

bir yer yoxmuş gizlənməyə!

Aran Eyvaz