Yorulum, yorul, yorulsun –

dünya başa çatmayacaq!

Xəyanətdə, cinayətdə

üzən gəmi batmayacaq.

Qorx quşların, balıqların

yorulacağı saatdan.

Qorx ki, bir gün canavarlar

iyrənəcək bu həyatdan.

At balanı, dünya batmaz

qurd balasın atmayınca.

Yaşa heyvan dediklərin

bir-birini satmayınca!

Aran Eyvaz