Təsəvvür edin ki, gecədir və siz təcili səfər üçün maşın kirayələməlisiz. Avtosalona gəlirsiz, müxtəlif modellərdən maşınlar düzülüb,tayotadan zaporejetsə qədər. Hansı maşına yaxınlaşırsızsa, deyirlər ki, işıqları işləmir. Bu qədər gözəl, rahat, davamlı maşınlar hazırda karınıza gəlmir. Qalır zaporojets. Təriflik bir şeyi yoxdur, amma işıqları sazdır. Sürəti aşağı, narahat, amma yola çıxa bilən bir maşın!

Dünyamız qaranlıqdır. Virusa görə yox, elə əvvəldən qaranlıq olub. Pis mənada yox, elə öz mənasında. Əlində, evində, maşınında işıq olanlar irəlini görür. Qalanları tərpənir yıxılır. Yavaş tərpənən yavaş yıxılır, lapdan tərpənən möhkəm!

Ailə qurmaq, yola çıxmaq, ağır yükü qaldırmaq üçün yoldaşa ehtiyac var. Dünyamızda yoldaşsız yaşamaq olar, amma insan kimi yox. Yoldaş seçəndə əvvəlcə işığına baxın. Gözəl olsa, qiymətli olsa, daha yaxşı. Amma işığı olmasa, qara qəpiyə dəyməz, əmi canı! Tərpəndi yıxılacaq, səni də yıxıdacaq((

Bir elan görmüşdüm: Запорожец с LED-фарами как у нового Гелендвагена!!